Rusiya öz sərhədlərinə qoşun yerləşdirdi: Qonşu ölkələrə qaçmağa cəhd edən kişilərə hərbi xidmətə çağırış vəsiqəsi verilibbackend

Rusiya öz sərhədlərinə qoşun yerləşdirdi: Qonşu ölkələrə qaçmağa cəhd edən kişilərə hərbi xidmətə çağırış vəsiqəsi verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qismən səfərbərlik elan edildikdən sonra Moskvanın hərbi yaşda olan kişilərinin ölkədən qaçmasının qarşısını almaq üçün Rusiyanın sərhədlərinə əsgər göndərdiyi bildirilib.

Editor.az Rusiya dövlət mediasının məlumatına istinadla xəbər verir ki, ölkədən qaçmaq üçün sərhəddə növbə gözləyən bəzi Rusiya vətəndaşlarına hərbi xidmətə çağırış vərəqələri verilib.

Rusiyanın Gürcüstan, Qazaxıstan və Monqolustanla quru sərhədlərində nəqliyyatın hərəkəti intensiv davam edir. Gürcüstan 48 saat davam edən sərhəd keçid növbəsi səbəbindən piyadaların keçidinə icazə verəcəyini bildirib.

Qazaxıstan prezidenti Kasım Cömert Tokayev, sərhədi bağlaya biləcəkləri ilə bağlı iddialara toxunarkən, sərhədi keçən rusların “çıxılmaz vəziyyətdən” xilas olduqlarını və onların təhlükəsizliyinin təmin edilməsi lazım olduğunu bildirib. Digər tərəfdən, Kreml sərhəd keçidlərinin qarşısını almaq üçün sərhədlərini bağlayacağını inkar edir. Rusiyadan qaçmağa çalışan kişilər qurudan olduğu kimi havadan da istifadə edirlər. Qeyd edək ki, Moskvadan İstanbul, Tbilisi kimi şəhərlərə uçuş tapmaq mümkün deyil.

//Gülnarə Abasova, Editor.az