Biz birlikdə Putini dayandırmayana qədər, o, müharibəni dayandırmayacaq.
Editor.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Bu yaxınlarda o, Finlandiya və Özbəkistandan danışmağa başladı. Biz hamımız birlikdə onu dayandırmayana qədər Putin dayanmayacaq”, – deyə Zelenski bildirib.
Dövlət başçısı Ukraynadan sonra Rusiyanın Baltikyanı ölkələrə və Moldovaya hücumunu da istisna etməyib.

