Rusiya Ukraynadakı hərbi əməliyyatlarda 4 ədəd “Su-57” təyyarəsindən istifadə edəcək. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyindəki mənbələr bildirib. Yeni təyyarələr “stealth” radalara görünməyən funksiyaya da malikdirlər. Bildirilib ki, Rusiya bu təyyarələrdən Ukraynanın havadan müdafiə sistemini məhv etmək məqsədilə stifadə edəcək.
Qeyd edək ki, Rusiya “Su-57” təyyarəsi 2000-ci ildən modernləşdirməyə başlayıb. “Su- 57” təyyarələri ABŞ-ın “F-35” və “F-22” təyyarələrinə alternativ olaraq istehsal olunub. Hal-hazırda Rusiya Hərbi Hava Qüvvələrinin balansında 10 ədəd “Su-57” təyyarəsi var və il sonuna qədər daha 12 təyyarə Müdafiə Nazirliyinin tabeliyinə veriləcək.
//Nəzərbəy Hacıağayev, Editor.az

