Rusiya “Pasxa pauzası”nı rədd etdibackend

Rusiya “Pasxa pauzası”nı rədd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Ukraynada “Pasxa humanitar pauzası” tətbiq etmək təklifini rədd edib.

Editor.az xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa “Twitter” səhifəsində yazıb. O, Rusiya nümayəndəsinin çıxışının videosunu yerləşdirərək, “Moskva fürerinin mövqeyi bir neçə saat sonra Təhlükəsizlik Şurasında açıqlandı” yazıb. Həmin səs yazısında o, Kremlin təbliğat ruhunda Ukraynanın “denasifikasiyası” və “azad edilməsi”ndən danışır, BMT baş katibinin barışıq çağırışını “Kiyev millətçilərinə və radikallarına güc toplamaq üçün möhlət vermək cəhdi” adlandırıb.

Xatırladaq ki, BMT-nin baş katibi münaqişə tərəflərini aprelin 21-24-də “Pasxa barışığı” elan etməyə çağırmışdı. Onun sözlərinə görə, belə bir atəşkəs Ukraynanın hərbi əməliyyatların əhatə etdiyi ərazilərdən daha çox mülki vətəndaşın təxliyyə edilməsinə, humanitar təşkilatların isə zərərçəkənlərə yardım göstərməsinə imkan verəcəkdi. Ukrayna bu təkliflə razılaşmışdı.