Rusiya pilotları arıq Moskva səmasında uça bilmirlərbackend

Rusiya pilotları arıq Moskva səmasında uça bilmirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiçik təyyarələrin rusiyalı pilotları GPS tıxanması səbəbindən Moskva ətrafında uçuşlarda problemlərdən şikayətlənirlər.

Editor.az bildirir ki, bu barədə Rusiyanın “The Moscow Times” nəşri Telegram-da yazıb.

Belə ki, Ukraynaya məxsus pilotsuz təyyarələrin Moskva vilayətində artan hücumları səbəbindən onlar GPS siqnalını sıxışdırmağa başlayıblar və indi pilotlar uçuşlar zamanı naviqasiyanın yeni yollarını axtarmağa məcbur olublar.

Qeyd olunur ki, may ayından Moskva vilayəti ərazisinin ən azı yarısı GPSJam xidmətinin “qırmızı zonası”ndadır. Təyyarələrin 10 faizindən çoxu naviqasiya ilə bağlı problemlərin olduğunu bildirir.

Bu məlumatlar GPS siqnalının havada işləməsinə aiddir. “İndi aviatorlar təyyarələrə naviqasiya sistemlərindən istifadə etməyə və hava hücumundan müdafiə qüvvələrinə mane olmamağa imkan verəcək texniki həll yolu hazırlamağa çalışırlar.

Variantlardan biri kimi, icma mobil qüllələrdən istifadə etmək təklif edilir”, – mesajda deyilir.

//Samir Qurbanov, Editor.az