Rusiya prezidentinin nümayəndəsi Ukraynanın təhlükəsizliyinə təminat məsələsini mümkün sayırbackend

Rusiya prezidentinin nümayəndəsi Ukraynanın təhlükəsizliyinə təminat məsələsini mümkün sayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evdəki danışıqlardan sonra Rusiya prezidentinin nümayəndəsi Kirill Dmitriyev Ukraynanın təhlükəsizliyinə təminat verilməsi ilə bağlı gözlənilməz mövqe səsləndirib.

“Fox News”a müsahibəsində o, Ukrayna üçün bəzi təhlükəsizlik zəmanətlərinin “məqbul ola biləcəyini” deyib. Dmitriev Ukraynanın Rusiyanın enerji obyektlərini hədəfə aldığını iddia edib, lakin Ağ Evlə danışıqların “müsbət nəticə” əldə etdiyini söyləyib və Kremlin Kiyev üçün təhlükəsizlik zəmanətlərinə açıq ola biləcəyini deyib. “Bu və ya digər formada bəzi təhlükəsizlik təminatları məqbul ola bilər”, – lakin Dmitriev hansıların olduğunu açıqlamayıb.

Eyni zamanda o, Ukraynanın NATO-ya daxil olmasını “tamamilə qeyri-mümkün” adlandırıb.
“Politico”nun qeyd etdiyi kimi, Dmitriyevin şərhləri Kremlin adi mövqeyindən uzaqlaşmadır. Putin daha əvvəl demişdi ki, sülh yalnız Ukraynanın “demilitarizasiyası” ilə mümkün olacaq. Onun baş diplomatı Sergey Lavrov isə Moskvanın Avropa qoşunlarının sülhməramlı kimi fəaliyyət göstərməsinə “qətiyyətlə” qarşı olduğunu bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski isə təkid edir ki, NATO-ya qoşulmaq və ya ABŞ və Avropa sülhməramlılarının Ukrayna ərazisində olması kimi təhlükəsizlik təminatları Moskvanın bir daha hücum etməməsini təmin etmək üçün yeganə yoldur.

//Samir Qurbanov, Editor.az