“Rusiya proseslərdə yenidən AKTİVLƏŞİB”-AÇIQLAMAbackend

“Rusiya proseslərdə yenidən AKTİVLƏŞİB”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Ceyhun Bayramov Gürcüstanın XİN rəhbəri İlya Darçiaşvili ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, Ermənistanın xarici işlər naziri ilə telefon danışığından müəyyən nəticələr əldə olunub. Qeyd olunub ki, artıq Sərhədlərin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyanın fəaliyyətə başlaması üçün müvafiq şərait mövcuddur.

Politoloq İlyas Hüseynov Editor.az-a açıqlamasında bildirib ki, XİN rəhbərləri arasında telefon danışıqlarının baş tutması və əldə olunan irəliləyişlər müsbət qiymətləndirilməlidir:

“Brüssel sülh gündəliyinə uyğun olaraq danışıqların davam etdirilməsi və əldə olunmuş razılıqların icrası mühüm əhəmiyyət kəsb edir. Bu xüsusda aprel ayının sonuna qədər Sərhədlərin Delimitasiya və Demakrasiyası üzrə Kommisiyanın çağırılması məsələsi də aktuallaşır. Azərbaycan tərəfi Kommisiyanın tərkibini artıq formalaşdırıb və aprelin sonuna qədər kommisiyalar arasında görüşlər keçiriləcək, “Brüssel” razılaşmalarının əhəmiyyəti artacaq. Nəzərə alınmalıdır ki, Brüssel danışıqlarından sonra Nikol Paşinyanın Moskva səfəri regionda gərginliyinin yaranması ilə nəticələndi. Görünür, Rusiya yenidən proseslərə aktiv şəkildə müdaxilə etməyə başlayıb. Lakin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində təyin olunan xüsusi nümayəndə İqor Xovayevin region, 2021-ci il yanvarda imzalanan  üçtərəfli bəyanata əsasən formalaşan işci qrupun Rusiya tərəfindən olan nümayəndəsi Oleksey Overçukun Bakı səfəri bir sıra vacib mətləblərdən xəbər verir. Ancaq bütün bu səfərlər, təmaslar həm sülh müqaviləsinin imzalanması,  həm də sərhədlərin delimitasiyası, nəqliyyat və kommunikasiya əlaqələrinin bərpa olunması istiqamətində fəaliyyətin genişləndiyini nümayiş etdirir, siyasi atmosferi yüksək tonda saxlamağa imkan yaradır. Eyni zamanda, gələcək əməkdaşlıq perspektivlərini müəyyənləşdirir. Bu baxımdan Rusiya regionda sülhün əldə olunmasına çalışmalı, razılıqların həyata keçirilməsi istiqamətində səylər daha da gücləndirilməlidir”.

//Gülnarə Abasova, Editor.az