Rusiya PUA hücumunu təkzib edibbackend

Rusiya PUA hücumunu təkzib edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qara dənizdə Rusiya-ABŞ gərginliyi Moskva-Vaşinqton xəttində böhrana səbəb olub.

Editor.az xarici mediaya istinadən bildirir ki, ABŞ MQ-9 pilotsuz uçuş aparatının Rusiya tərəfindən vurulduğunu açıqlasa da Moskva rəhbərliyi bu iddianı təkzib edib.

Rusiya Müdafiə Nazirliyi Qara dənizdə ABŞ-a məxsus MQ-9 pilotsuz uçuş aparatının (PUA) Ukraynadakı əməliyyatla əlaqədar beynəlxalq standartlara uyğun olaraq bütün hava məkanının müvəqqəti status zonasını pozduğunu açıqlayıb.
Açıqlamada ABŞ PUA-sının hava məkanından istifadə üçün “müvəqqəti ərazi” məhdudiyyətlərini pozduğu və bu ərazidən “xüsusi hərbi əməliyyat” həyata keçirmək üçün yararlandığı qeyd edilib.

“Moskva vaxtı ilə saat 09:30 radələrində edilən kəskin manevr nəticəsində MQ-9 PUA nəzarətini itirərək su səthinə düşüb. Rusiya döyüş təyyarələri silahdan istifadə etməyib”-deyə açıqlamada bildirilib.

Onu da qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı (EUCOM) Rusiyanın iki Su-27 təyyarəsinin Qara dənizdə ABŞ-ın MQ-9 tipli PUA-sını vurduğu və təyyarələrdən birinin qəzaya uğraması zamanı MQ-9-un beynəlxalq sulara çırpıldığını açıqlayıb.

//Safura Bənnayeva, Editor.az