Ruslar Kiyevə pilotsuz uçuş aparatları ilə hücum edib, Solomenski rayonundakı hücum nəticəsində qaz borusu təzyiqsizləşib, mağaza, park edilmiş avtomobillər və ticarət binası yanıb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti bildirib ki, yanğın 50 kvadratmetr ərazini əhatə edib. Xilasedicilərin verdiyi məlumata görə, yanğın saat 05:37-də söndürülüb. 15 nəfər təxliyə edilib, 4 nəfər ayağından xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib.
Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, Solomenski rayonu ərazisində PUA-nın parçaları düşüb, doqquz mərtəbəli binanın fasadında yerləşən qaz borusu təzyiqsizləşərək mağazanın alışmasına və insanların xəsarət almasına səbəb olub. Bundan əlavə, dağıntılar şəhərin Svyatoşinski rayonunda açıq əraziyə də düşüb. Daha sonra KVHA düşmənin pilotsuz təyyarəsinin zərbəsi nəticəsində qurbanların sayını dəqiqləşdirib: “6 nəfər xəsarət alıb. Bir nəfər ağır ayaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib”.
//Samir Qurbanov, Editor.az


