Aprelin 10-da pilotsuz təyyarənin hücumu zamanı Rusiya PUA-sı Jitomir vilayətinin Ozernoye şəhərində çoxmərtəbəli binanı vurub.
Bir nəfər ölüb, biri uşaq olmaqla beş nəfər yaralanıb.
Editor.az bildirir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Vitali Buneçko məlumat verib.
“Bu gün düşmənin pilotsuz uçan aparatı Jitomir rayonunda çoxmərtəbəli binaya düşüb. Ən azı 5 evə ziyan dəyib. Təəssüf ki, 1 nəfər ölüb, indiyədək 5 nəfərin xəsarət aldığı, o cümlədən 2011-ci il təvəllüdlü uşaq olduğu məlumdur. Yaralılar bölgədəki xəstəxanalardadır”, – məlumatda deyilir.
//Samir Qurbanov, Editor.az