Rusiya qadağan etdi: Başqa ölkələrə gedirlərbackend

Rusiya qadağan etdi: Başqa ölkələrə gedirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın ən qədim İT şirkətlərindən biri olan IBS uzaqdan çalışan işçilərin yaşaya biləcəyi ölkələrin təsnifatını açıqlayıb. Təsnifatda ölkələr “qadağan edilmiş”, “azad” və “dost” olmaqla üç kateqoriyaya bölünüb. Şirkət “qadağan olunmuş” ölkələrdə yaşayan işçilərin “azad” və ya “dost” ölkələrə köçürülməsini tələb edib və buna əməl etməyən işçilərini işdən azad edəcəyini açıqlayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə şirkətin baş direktoru Qriqori Koçarov məlumat verib.

Onun sözlərinə görə, “qadağan olunmuş ” ölkələrə Rusiyaya sanksiya tətbiq etmiş NATO və ya Avropa İttifaqının üzvləri daxildir. Bununla belə, baş direktor konkret ölkə adını açıqlamayıb. Qriqori Koçarov 2023-cü il yanvarın 1-dək işçilərə vaxt verdiklərini deyib. Səfərbərlik qərarından sonra Rusiyanı tərk edən İT işçilərinin digər Avropa ölkələrinə, eləcə də Türkiyə, Ermənistan, Qazaxıstan və Serbiya kimi ölkələrə getdiyi təxmin edilir.

//Safura Bənnayeva, Editor.az