Rusiya Qafanda konsulluq açırbackend

Rusiya Qafanda konsulluq açır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Yevgeni İvanov Rusiyanın xaricdə yeni konsulluq və səfirliklər açmaq planlarını açıqlayıb.

Editor.az bildirir ki, bu barədə o, Komsomolskaya Pravda”ya müsahibəsində məlumat verib. İvanov iki Afrika ölkəsində – Ekvatorial Qvineya və Burkina Fasoda səfirliklərin açılmasının planlaşdırıldığını bildirib. Bundan əlavə, diplomat qeyd edib ki, hazırda Ermənistanın Kafan şəhəri, Aktau (Qazaxıstan), Səmərqənd (Özbəkistan), Denpasar (İndoneziya) və Male (Male) şəhərlərində də konsulluqların açılması barədə qərarlar razılaşdırılıb.

İvanov vurğulayıb ki, Qərb ölkələri son 2 ildə bir neçə yüz diplomatı Rusiyadan qovub, 14 xarici qurumu bağlayıb. Eyni zamanda o əlavə edib ki, Rusiya gələcəkdə diplomatik mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirəcək.

//Samir Qurbanov, Editor.az