Rusiya qanadlı raketləri Jitomir səmasında “yoxa çıxdı”backend

Rusiya qanadlı raketləri Jitomir səmasında “yoxa çıxdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qanadlı raketləri Ukrayna ərazisi üzərində böyük bir dövrə vuraraq Jitomir bölgəsinə çevrilərək orada “itib”.

Editor.az xəbər verir ki, bu barədə monitorinq kanalları məlumat yayıb. Hazırda bu raketlərin başına gələnlərlə bağlı ətraflı məlumat yoxdur. Kəşfiyyat işləri davam etdirilir.
Səhər tezdən Çerkassı və Smela bölgəsində partlayış səslərinin eşidildiyi barədə məlumat yayılıb.

Daha sonra Ukrayna Hərbi Hava Qüvvələri və monitorinq kanallarından alınan məlumata görə, raketlər şimala dönüb Bila Tserkvaya doğru uçub. Ukrayna hava məkanında bir neçə “Şahed” qalıb. Hərbi Hava Qüvvələrinin məlumatına görə, onlar Sumı, Xarkov, Çerniqov və Jitomir vilayətlərindən cənuba doğru uçurlar. Bu arada məlum olub ki, Polşa Rusiyanın Ukraynaya raket hücumu səbəbindən təyyarələri havaya qaldırıb, – ölkənin Əməliyyat Komandanlığı bildirib.

//Samir Qurbanov, Editor.az