Ukrayna donanmasının pilotsuz təyyarələrinin Qara dəniz donanmasının bazasına hücumu zamanı desant katerinin komandiri, baş miçman Denis Nikitin həlak olub.
Editor.az bildirir ki, bu barədə Qara dəniz kazak dairəsindən məlumat verilib. Gecə saatlarında Krımın sahil kəndlərindən birində Qara Dəniz Donanmasının bazasına hücum edilib.
“Ukrayna Silahlı Qüvvələrinin 4 suüstü kamikadze kateri Rusiyanın “11770 Serna” layihəsinin desant katerlərinə zərbə endirməyə cəhd edib. Onlardan birinin komandiri Denis Nikitinin olub. Baş miçman gəmisini pilotsuz təyyarənin vurmasından xilas edərkən qəhrəmancasına həlak olub”, – məlumatda deyilir.
Denis Nikitin “Nevski” ferma cəmiyyətinin kazakı olub.
Mərhum ölümündən sonra “Şücaət” ordeni ilə təltif edilib. Onun həyat yoldaşı və 17 və 16 yaşlı iki qızı qalıb.
//Samir Qurbanov, Editor.az

