Rusiya Qara Dəniz Donanmasının bir hissəsini Sevastopoldan Novorossiyskə köçürürbackend

Rusiya Qara Dəniz Donanmasının bir hissəsini Sevastopoldan Novorossiyskə köçürür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Qara dəniz donanmasının bir hissəsini daim hücuma məruz qalan Sevastopoldan Krasnodar diyarındakı Novorossiyskə köçürür.

Editor.az bildirir ki, bu barədə oktyabrın 2-də OSINT analitiki MT Anderson məlumat verib. Onun sözlərinə görə, 11356 proyektinin iki freqatı “Admiral Essen” və “Admiral Makarov”, üç dizel sualtı qayığı, beş böyük desant gəmisi və bir neçə kiçik raket gəmiləri Novorossiyskə doğru hərəkət edib.

Eyni zamanda, Feodosiyada bir böyük desant gəmisi, minaaxtaran gəmilər və kiçik raket gəmiləri var. Bundan əlavə, dörd böyük desant gəmisi və bir “Kilo” dərəcəli sualtı qayıq Sevastopolda qalmaqda davam edir. Keçmiş norveçli zabit və OSINT analitiki Thord Are İversenin “Meduza”ya verdiyi məlumata görə, gəmilərin yola salınması Sevastopola edilən hücumların “əks-sədasıdır”. Lakin bu, donanmanın tamamilə tərk etdiyi anlamına gəlmir – gəmilər Qara dəniz Donanmasının bazalarında qalır.

//Samir Qurbanov, Editor.az