Rusiya Qara Dəniz Donanmasının nəhəng desant gəmisi məhv edildibackend

Rusiya Qara Dəniz Donanmasının nəhəng desant gəmisi məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri rusların 13 hücum PUA-nı və böyük bir desant gəmisini məhv edib.

Editor.az xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin mesajında deyilir. “Dekabrın 26-da saat 02:30 radələrində Hərbi Hava Qüvvələrinin taktiki aviasiyası Feodosiya bölgəsində Rusiya Qara Dəniz Donanmasının “Novoçerkassk” iri desant gəmisinə qanadlı raketlərlə hücum edib.

Nəticə göz qabağındadır!”, – Hərbi Hava Qüvvələri paylaşıb. Onlar əlavə ediblər ki, dekabrın 25-i saat 18:30-dan dekabrın 26-sı saat 03:00-dək düşmən “Şahed” tipli hücum PUA-ları ilə cənub-şərqdən hücuma keçib. Ümumilikdə 19 kamikadze Rusiya Federasiyasının Balaklava – Krım və Primorsko-Axtarsk bölgələrindən atılıb.

“Zenit döyüşü nəticəsində Ukrayna Hərbi Hava Qüvvələri və Müdafiə Qüvvələrinin qüvvə və vasitələri Odessa, Xerson, Nikolayev və Xmelnitski vilayətləri daxilində 13 “Şahed-136/131” tipli hücum PUA-larını məhv edib”, – məlumatda deyilir.

//Samir Qurbanov, Editor.az