Britaniya kəşfiyyatının məlumatlarına görə, Rusiya Ukrayna taxılını ixrac edən mülki gəmilərin yoluna dəniz minaları quraşdırmaq niyyətindədir.
Editor.az bildirir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Qeyd olunur ki, oktyabrın 4-də açıqlanan sübutlar göstərir ki, Rusiya Ukrayna limanları yaxınlığında dəniz minaları yerləşdirmək də daxil olmaqla, Qara dənizdə mülki gəmiçiliyi hədəfə almağa davam edə bilər.
Britaniya hesab edir ki, Rusiya Kiyevin taxıl ixracını məhdudlaşdırmaq üçün Ukraynanın “humanitar dəhlizi”ndən keçən mülki gəmiləri təhlükə altına salmağa çalışır. Bu, Rusiyaya Ukrayna iqtisadiyyatına təzyiq göstərmək niyyəti güdür.
Rusiya mülki gəmiləri açıq şəkildə batırmaqdan çəkinsə də, əvəzində Ukraynanı Qara dənizdə onun mülki gəmilərinə hər hansı hücumda “yalandan ittiham edir”. Böyük Britaniya belə bir hadisənin qarşısını almaq üçün məlumatı yaymağı lazım bilir.
//Samir Qurbanov, Editor.az

