Rusiya Qara dənizdəki gəmilərinin sayını artırıbbackend

Rusiya Qara dənizdəki gəmilərinin sayını artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Qara dənizdəki gəmi qruplaşmasının sayını 12 ədədə çatdırıb.

Editor.az bildirir ki, bunu “OK Yuq”un sözçüsü Nataliya Qumenyuk telemarafonun efirində deyib. Qumenyukun sözlərinə görə, onların arasında “Kalibr” daşıyıcısı olan böyük desant gəmiləri də var.

Lakin Rusiya USQ-nin zərbələrinin qarşısını almaq üçün gəmiləri təhlükəsiz məsafədə saxlayır: “Gəmilər bizim zərbələrimizdən gizlənərək uzaqdan əhalini qorxutmaqda davam edir. Lakin onlar Ukraynanın bütün ərazisinə zərbə endirmək iqtidarındadırlar”, – Qumenyuk bildirib. O, aydınlaşdırıb ki, “Kalibr” raketləri yüksək dəqiqlikli silahlardır, xüsusilə də konkret hədəflərdə – kritik infrastruktur obyektlərində, strateji obyektlərdə istifadə olunur.

Qeyd edək ki, rusların Krım yarımadasının şimal hissəsində yerləşdirdiyi sahilyanı raket sistemlərindən istifadə təhlükəsi hələ də qalmaqdadır”, – deyə Qumenyuk bildirib.

//Samir Qurbanov,Editor.az