Rusiya Qarabağda Azərbaycana təzyiq göstərməyə çalışır-AÇIQLAMAbackend

Rusiya Qarabağda Azərbaycana təzyiq göstərməyə çalışır-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın XİN-nin ATƏT-in Minsk qrupu həmsədrlərinin Qarabağa səfərinin təşkili ilə bağlı açıqlaması, Kremlin Azərbaycana təzyiq vasitəsidir. İlk növbədə Minsk qrupunun həmsədrlərinin Xankəndiyə səfəri status məsələsini gündəmə gətirə bilər. Rusiya çalışır ki, bununla situasiyanı gərginləşdirsin. Moskvanın əsas planı Azərbaycana öz təkliflərini qəbul etdirməkdir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, Azərbaycanın XİN rəhbərinin Fransa XİN rəhbəri ilə görüşü və aparılan danışıqlar Parisin mövqeyində müəyyən yumşalmalara gətirib çıxarır:

“Məhz Fransa XİN bəyanatında “Qarabağ münaqişəsi” deyil, Ermənistan və Azərbaycan arasında böhran kimi xarakterizə edilib. Fransanın bu bəyanatına baxmayaraq Minsk qrupu çərçivəsində ABŞ və Rusiya ilə bərabər Ermənistanın maraqlarından çıxış edəcək. Ona görə də Ermənistan tərəfi daima Minsk qrupunun fəaliyyətinin bərpa edilməsinə çalışır. Minsk qrupunun regiona səfəri və danışıqları Azərbaycanın maraqlarına uyğun deyil. Rəsmi Bakı belə bir formatı o halda razılıq verməlidir ki, həmsədrlər artıq Qarabağ münaqişəsi deyil, Ermənistan və Azərbaycan arasında mövcud 10 noyabr və 11 yanvar razılaşmalarının yerinə yetirilməsi və iki ölkə arasında sülhün əldə edilməsinə çalışsın. Minsk qrupuna belə bir mandat verilməlidir. Halbuki, Minsk qrupu hazırda mandatı bitmiş Qarabağ münaqişəsinin həllindən ibarətdir. Ona görə də belə bir mandatla regiona və Qarabağa səfərləri qəbuledilməzdir”.

//Gülnarə Abasova, Editor.az