Erməni polittexnoloq Armen Badalyan açıqlamasında qeyd edib ki, “Azərbaycanda həqiqətən çox gözəl başa düşürlər ki, Ermənistan Qarabağdan əl çəksə də, Rusiya əl çəkməyəcək.
Artıq Rusiyanın Qarabağda iki faktoru var: sülhməramlı qüvvələr və Ruben Vardanyan”.
Nəzərə alsaq ki, Rusiya həm də Ukrayna ilə müharibə aparır. Və bu qarşıdurmada Rusiya demək olar ki, bütün vasitələrə əl atsa da, müəyyən nəticə əldə edilməyib. Sizcə bu vəziyyətdə Rusiyanın Qarabağa olan marağı nədən ibarətdir ?
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirdi ki,Ruben Vardanyan Rusiya tərəfindən ortaya atılmış kartdır: “Daima Rusiyadakı öz çirkli və illeqal fəaliyyəti ilə qanunsuz qərarlar qəbul etmiş R.Vardanyan Qarabağda Rusuyanın arzularını və planlarını yerinə yetirmək üçün əraziyə göndərilib. Araik Artunyan və Paşinyanyanın adamlar qondarma-seperatçı rejimdə təmsil olunaraq Rusiyanı qane etmirdilər.
Rəsmi Moskva Xankəndidəki seperatçıları idarə etmək üçün öz adamını oraya göndərib. R.Vardanyanın Qarabağda mövcudluğu vəziyyətin gərginləşməsinə, Azərbaycanla münasibətlərin pisləşməsinə və Xankəndidə yaşayan erməni əsilli əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiyasına əngəl olmaq niyyətindədir. Ümumiyyətlə Rusiya Qarabağda gərginliyin saxlanılmasında maraqlıdır.
Düşünür ki, burada nə qədər gərginlik olarsa, Rusiyanın Cənubi Qafqazda mövcudluğuna bir o qədər şərait yaranar. Bölgədə seperatçıların qalmasının ən böyük səbəbkarlarından biri Rusiyadır”.
//Safura Bənnayeva,Editor.az

