Ermənistanın Qarabağı Azərbaycana məxsusluğunu tanımaq qərarından sonra Rusiya hakimiyyəti Qarabağdakı sülhməramlılarla bağlı məsələləri Azərbaycan tərəfi ilə həll edir.
Editor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti-yə müsahibəsində danışıb.
Rusiya sülhməramlı kontingenti 2020-ci il noyabrın 9-da Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra Qarabağ münaqişəsi zonasına yerləşdirilib. Qaluzin xatırladıb ki, o zaman bağlanmış müqaviləyə əsasən, Rusiya sülhməramlıları regionda 5 il, 2025-ci ilin noyabrına qədər qalacaq və onların qalma müddəti uzadıla bilər.
“Əlbəttə, Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycana məxsus kimi tanımaq qərarından sonra “yerdə” vəziyyət kəskin şəkildə dəyişib… İndi biz Qarabağda sülhməramlıların olması ilə bağlı bütün məsələləri sırf Azərbaycan tərəfi ilə birlikdə nəzərdən keçiririk.
Bu, qarşılıqlı hörmət və konstruktiv şəraitdə baş verir”, – nazir müavini əmin edib.
//Samir Qurbanov, Editor.az

