Rusiya Qarabağı yenidən ermənilərin əli ilə nəzarətə götürmək istəyir: 90-cı illərin əvvəlindəki kimibackend

Rusiya Qarabağı yenidən ermənilərin əli ilə nəzarətə götürmək istəyir: 90-cı illərin əvvəlindəki kimi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvan rəsmi olaraq Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki ermənilərə nəzarət edə bilmir, eyni zamanda keçmiş “Qarabağ klanı” da baxmayaraq ki, Paşinyan hakimiyyəti içərisində, orduda, güc strukturlarında hələ də müəyyən qədər güclərini saxlayıblar, amma artıq İrəvana nəzarət edə bilmir. Ona görə bu iki qrupun atdığı addımı fərqləndirmək lazımdır”.

Bunu  açıqlamasında iqtisadi, siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, Qarabağda sülhməramlıların nəzarəti altındakı ermənilərin təxribatları birbaşa Rusiyanın istəyiylədir:

“Artıq Qarabağda rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidəki ermənilər daha çox Rusiyaya bağlıdırlar və daha çox revanşist əhval-ruhiyyəyə kökləniblər. Biz isə Brüssel prosesini Ermənistan tərəflə aparırıq və Ermənistan burada bizim şərtlərimizlə ümumiyyətlə razıdır. Yəni Ermənistan Azərbaycanla sərhədləri delimitasiya-demarkasiya etmək, hətta Azərbaycanın ərazi bütövlüyünü tanımaq, Azərbaycanla Ermənistan arasında sülh komissiyası yaratmaq və s. kimi məsələlərlə rəsmi İrəvan razılaşıb.

Hətta Paşinyan bildirib ki, “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təminatçısı Ermənistan deyil”. Bu o deməkdir ki, o, topu Rusiyaya atır. Burada Paşinyanla müəyyən qədər razılaşmalar həyata keçirilir, Brüsseldə də bu istiqamətdə əslində uğurlu addımlar atılıb. Amma Paşinyan daha çox təhdid olunur. Həm daxildəki keçmiş cinayətkar “Qarabağ klanı” tərəfindən Paşinyan xain elan olunur, Ermənistanın maraqlarını satdığı iddia olunur, sülh sabotaj olunur. Anoloji addım eyni zamanda Rusiya tərəfindən də atılır.

Ona görə də Paşinyanın bu açıqlamaları daha çox Rusiyanı razı salmaq cəhdidir ki, bəs “sülhdə Rusiyanın rolu əvəzsizdir, mən qərbpərəstəm, nə ruspərəstəm”. Onun bu addımı əslində Rusiyanı mülayimləşdirmək məqsədi daşıyır. Çünki aydın məsələdir ki, Rusiya Ermənistanda yenə də güclü tərəfdir.

Digər tərəfdən, Qarabağda sülhməramlıların nəzarəti altında qalan ermənilər birbaşa təxribatla məşğuldur. Bu təxribatlar sadəcə ermənilərin özünün deyil, eyni zamanda açıq-aşkar Rusiyanın təxribatıdır. Bunun adını doğru qoymaq lazımdır.

Rusiya açıq şəkildə həmin erməniləri silahlandıraraq iki məqsəd üçün istifadə etmək istəyir:

1. Ermənistan daxilində çəkişmə, gərginlik yaratsın, hakimiyyəti ələ keçirsin.

2. Hakimiyyəti ələ keçirdikdən sonra bu revanşist qruplardan yenidən Azərbaycana qarşı hücum əməliyyatlarında istifadə etsin

Konkret desək, Rusiya çalışır ki, bölgədə vəziyyət yenidən 1990-cı ilin əvvəllərindəki halı alsın. Rusiya yenidən bu oyunu təkrarlamaq istəyir. Məhz Qarabağın ruslaşdırılması, rus dilinin sülhməramlıların müvəqqəti nəzarətindəki ermənilər üçün ikinci dövlət dili elan olunması planı da buna xidmət edir”.

Milli.az