Rusiya QAYDALARI POZDU: Türkiyə boğazlarından keçərək…backend

Rusiya QAYDALARI POZDU: Türkiyə boğazlarından keçərək…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun sonunda hərbi texnika daşıyan “Sparta II” ticarət gəmisi Türkiyənin Bosfor boğazından keçərək Suriyadan Rusiyaya gəlib.

Bu barədə “Blomberg” məlumat yayıb.

ABŞ hökumətindəki mənbələr qeyd ediblər ki, Vaşinqton bu qənaətə Rusiyanın Qara dəniz üzərindən hərbi yüklərin daşınması üçün ticarət gəmilərindən istifadə etməsinə görə gəlir. Avropa kəşfiyyatı da oxşar fikirdədir. “Sparta II” Suriyanın Tartus limanından Novorossiyskə gəlib. Gəmidə ən azı 11 hərbi texnika olub.

ABŞ Dövlət Departamentinin nümayəndəsi bu məsələ ilə bağlı Türkiyə hökumətinə sorğu göndərib. Vəziyyətlə tanış olan Türkiyə rəsmisi ticarət gəmisinin yalnız qanun pozuntusunda şübhəli bilindiyi halda yoxlanılacağını bildirib. Ağ Ev sözçüsü ABŞ-ın Türkiyə rəsmiləri ilə vəziyyəti müzakirə edib-etməməsi ilə bağlı şərh verməkdən imtina edib.

ABŞ və Avropa İttifaqı hesab edir ki, Rusiya Ukraynada xüsusi əməliyya başlayandan sonra Türkiyə tərəfindən hərbi gəmilərin Bosfor və Çanaqqala boğazlarından keçməsinə qoyulan qadağadan yan keçərək, Qara dəniz üzərindən hərbi texnikanın daşınması üçün dəfələrlə ticarət gəmilərindən istifadə edib.

Bundan əvvəl ABŞ F-16 qırıcıları almaq üçün Türkiyədən Rusiya ilə əlaqələri kəsməyi tələb edib. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez Vaşinqtonun yalnız ABŞ-ın dəyərlərini paylaşan ölkələrə hərbi texnika satacağını bildirib.

Publika.az