Rusiya qaz böhranı: Berlində şəhərin işıqlandırılması azaldı, Hannoverdə isti su kəsildibackend

Rusiya qaz böhranı: Berlində şəhərin işıqlandırılması azaldı, Hannoverdə isti su kəsildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın şimal şəhərlərindən  Hannover Rusiya ilə qaz böhranından birbaşa təsirlənən bölgələr arasındadır. Şəhər boyu bütün ictimai binalarda istilik sistemləri dayandırılıb, isti su kəsilib. Bu, Rusiyanın Almaniyaya gedən “Şimal axını 1” boru kəmərində axının həcmini 40 faizdən 20 faizə endirməklə bağlı gəldiyi qərara görədir. Avropa Birliyi ölkələri enerji istehlakını azaltmaq üçün tədbirlər görməyə razılaşıblar. Şəhərdə ictimai binalarla yanaşı, hovuz və idman komplekslərində də isti su kəsiləcək.

Hannover Bələdiyyə Başçısı Belit Onay verdiyi açıqlamada, böyük şəhərlər üçün ciddi problem yaradan qaz böhranını aradan qaldırmaq məqsədilə şəhərin enerji istehlakını yüzdə 15 azaltmağı hədəflədiklərini söyləyib. Tədbirlərin həyata keçiriləcəyi dövrdə aprel ayından sentyabrın sonuna kimi ictimai binalarda istilik sistemləri açılmayacaq. İlin qalan hissəsində otaq temperaturu bəzi istisnalarla 20 dərəcə selsi ilə məhdudlaşdırılacaq. Hannoverdə 15 faizlik ixtisar Avropa Birliyinin Rusiya qaz böhranına qarşı gördüyü tədbirlərə uyğundur. Avropa İttifaqının energetika nazirləri Rusiyadan qaz nəqlinin kəsilməsinə baxmayaraq, enerji təchizatı təhlükəsizliyini yaxşılaşdırmaq üçün bu qış qaza tələbatı 15 faiz azaltmağa razılaşıblar.

Almaniyanın paytaxtı Berlin də tədbirlərdən təsirlənəcək. Qaz və elektrik enerjisinin bahalaşmasından sonra bir çox ictimai binalar gecə saatlarında enerjiyə qənaət etmək üçün işıqlandırılmayacaq.

Qeyd olunub ki, Marien kilsələri, bir çox heykəl və körpü kimi 200-ə yaxın bina 3-4 həftə ərzində mərhələli şəkildə işıqlandırılmayacaq.

Xatırladaq ki, “Şimal axını 1” Rusiyanın St. Baltik dənizinin altından Sankt-Peterburq şəhəri yaxınlığından başlayaraq Almaniyanın şimal-şərqinə qədər uzanan uzunluğu 1200 kilometr olan boru kəməridir. O, təxminən 10 il əvvəl fəaliyyətə başlayıb və Rusiyadan Almaniyaya gündə maksimum 170 milyon kubmetr qaz ötürür. Qazprom may ayında Yamal qaz kəmərini bağladı. Bu, Belarus və Polşa arasında qazı Almaniyaya və digər Avropa ölkələrinə daşıyan boru kəməridir. Daha sonra, iyun ayında “Qazprom” “Şimal axını 1” vasitəsilə qaz tədarükünü 75 faiz azaldıb. Nəql olunan qazın həcmi sutkada 170 milyon kubmetrdən 40 milyon kubmetrə qədər azalıb.

Qeyd edək ki, iyulun əvvəlində “Qazprom” təmir işlərini əsas gətirərək “Şimal axını 1” boru kəmərini 10 gün müddətinə bağlamışdı. İndi, kəmərin yenidən açılmasından az sonra Qazprom elan etdi ki, qaz tədarükünü maksimum gücün 20 faizinə qədər azaldacaq.

//Gülnarə Abasova, Editor.az