Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərb ölkələrini Ukraynanın cənub-şərqində eskalasiyaya təkan verəcək hərəkətləri dayandırmağa çağırıb.
“Bir daha xatırlatmaq istəyirəm ki, Ukraynanın şərqindəki münaqişənin hərbi yolla həlli yoxdur”, – Zaxarova bugünkü mətbuat brifinqində deyib.
“Bunu mülki şəxslər və ümumilikdə Ukraynadakı vəziyyəti nəzərə alan bütün ölkələr müəyyən edib”. ABŞ-ın Ukraynaya silah “pompa etdiyini” deyən rusiyalı diplomat münaqişənin silah vasitəsilə həllinə cəhdlərin gözlənilməz və faciəvi nəticələr verəcəyini qeyd edib.
//Gülnarə Abasova, Editor.az

