“Rusiya qışa daha hazırlıqlıdır”-ŞƏRHbackend

“Rusiya qışa daha hazırlıqlıdır”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna müharibəsi artıq bir il doqquz aydır ki, davam edir”.

Bu sözləri Editor.az-a Rusiya-Ukrayna müharibəsi ilə bağlı şərh verərkən politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, müharibə səngimək bilmir:

“Xüsusilə son günlər Rusiya Kiyevə dronlarla hücum edir. Düzdür, bu dronların bir çoxu vurulsa da, istənilən halda Kiyev ətrafında müəyyən binalara zərər dəyir. Eyni zamanda, noyabr ayında ABŞ ordusunun rəhbəri Kiyevə səfər edib və Ukraynaya 100 milyon ABŞ dolları yardım edib. Bu isə indiyə qədər Ukrayna ordusuna 40 milyarddan artıq pul xərcləndiyini deməyə əsas verir. Yəni, Ukraynada bu baxımdan vəziyyət çətinləşir, çünki istifadə olunan mərmi və raketlərin yeri dolmur. Bununla bağlı NATO-nun baş katibi bildirib ki, Rusiya bu konteksdə qışa daha hazırlıqlıdır, onların çoxlu raket ehtiyatı var. Eyni zamanda o, Ukraynanı NATO-ya qəbul etməyə hazır olduqlarını və bir çox işlərin görüldüyünü bildirib.

Son bir həftədir ki, Rusiya qoşunu aktivdir, daim hücuma keçir və müharibəni özlərinin xeyrinə bitirməyə səy göstərirlər”.

//Səbinə Hüseynli, Editor.az