Qış aylarında Rusiyanın müharibə taktikasını dəyişmək ehtimalı var. Moskva diqqətini daha çox quru əməliyyatlarından hava hücumlarına keçirə bilər.
Editor.az bildirir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu “Le Journal du Dimanche”yə verdiyi müsahibədə deyib.O, Ukraynaya xəbərdarlıq edərək bildirib ki, Rusiyanın son zərbələri nadir intensivliyə malikdir. Qarşıdan qış gəlir və bu, yerüstü manevrləri çətinləşdirir.
Ruslar əsas zərbələri, xüsusən də mülki enerji obyektlərinə yönəldəcək. Onlar Xersonda məğlub olublar. Onların geri çəkilməsi taktiki gediş idi və minlərlə rusiyalının əsir düşmək təhlükəsinin qarşısını almağa və Dnepr boyunca müdafiə xəttini gücləndirməyə yönəlmişdi.
Lekornu eyni zamanda qeyd edib ki, Rusiya öz yeni, qabaqcıl silahları, o cümlədən səsdən sürətli raketləri ilə öyünsə də, onlarda köhnə döyüş sursatlarının böyük ehtiyatları var. Lekornu hesab edir ki, Kreml vaxt üçün oynamaqda maraqlıdır.
//Samir Qurbanov, Editor.az

