Rusiya “qiyamət silahı”nı işə salır?- ” Bu aydan etibarən Ukrayna cəbhəsində şiddətli döyüşlər başlayacaq”-  ŞƏRHbackend

Rusiya “qiyamət silahı”nı işə salır?– ” Bu aydan etibarən Ukrayna cəbhəsində şiddətli döyüşlər başlayacaq”-  ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yanvar ayının sonlarından başlayaraq Rusiyanın  Ukrayna cəbhəsində şiddətli hücumlara keçəcəyi ilə bağlı məlumatlar səsləndirilir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin sədri, politoloq Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, Rusiyanın əlində iki əsas “silah” var:

“Bunlardan biri soyuq qış aylarının gəlməsi, digəri isə enerji resurslarından Avropaya qarşı istifadə edilməsidir. Artıq həmin qış aylarındayıq. Görünən odur ki, Ukrayna qüvvələrinə nisbətdə rus ordusu daha ciddi manevr etmək qabiliyyətinə malikdir. Rusiya da baş verən prosesləri müşahidə edir. Ukrayna xalqının öz torpaqlarını qorumaq üçün göstərdiyi mərdliyi, şücaəti unutmaq olmaz. Amma bunlar belə texniki silahların, hücumların qarşısını almağa imkan vermir”.

Politoloq qeyd edir ki, Rusiyanın ciddi hücumlara hazırlaşdığı görünürdü:

“Geniş səfərbərlik həyata keçirməsi, silah-sursat tədarükü ilə bağlı Çin, İran və digər müttəfiqlərinə müraciət etməsi də bundan xəbər verirdi. Bununla da öz nəzarəti altında olan əraziləri çoxaltmaq, Ukraynanı masaya oturtmağa nail olmaq istəyir. Bütün bu amillər ondan xəbər verir ki, mart ayına qədər Rusiyanın şiddətli hücumlarının şahidi olacağıq.
Amerika və Avropa ölkələri Ukraynaya dəstək verməkdə davam etməlidirlər. Çünki bu olmasa, Rusiya irəliləyəcək və Ukraynada itkilərin sayı da çoxalacaq. 11 aydır davam edən bu döyüşlərdə hər iki tərəf kifayət qədər çox itki verib, əraziləri dağıdılıb, milyonlarla insan qaçqın və köçkün vəziyyətinə düşüb. Tərəfləri masaya dəvət etmək məsələsində Türkiyənin mövqeyi danılmazdır. Bu, onun ədalətli mövqeyinin göstəricisidir”.

//Safura Bənnayeva, Editor.az