Rusiya Qoşulmama Hərəkatında müşahidəçi olmaq üçün Azərbaycanla işləyir – Mariya Zaxarovabackend

Rusiya Qoşulmama Hərəkatında müşahidəçi olmaq üçün Azərbaycanla işləyir – Mariya Zaxarova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Qoşulmama Hərəkatının müşahidəçi statusunu qazanmaq üçün təşkilatın hazırkı sədri Azərbaycanla sıx təmasdadır.

.Editor.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, son illərdə Rusiyanın Qoşulmama Hərəkatı ilə sıx əməkdaşlığı formalaşıb:

“Buna ilk növbədə Rusiya ilə Qoşulmama Hərəkatı üzv ölkələrinin beynəlxalq gündəlikdəki məsələlərə yanaşmasının uyğun olması kömək edir. Bu şəraitdə Rusiyanın statusunun yüksəldilməsi məntiqi təşəbbüsdür və bunun reallaşdırılması təşkilatın nizamnamə sənədlərində nəzərdə tutulmuş bir sıra təşkilati tələblərin icrası ilə bağlıdır”.