Rusiya qoşunları Pokrovsk şəhərinin 3 kilometrliyindədirbackend

Rusiya qoşunları Pokrovsk şəhərinin 3 kilometrliyindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qoşunları Donetsk vilayətinin Pokrovsk şəhərindən 3 km aralıda yerləşir, bütün uşaqlar şəhərdən təxliyə edilib.

Editor.az bildirir ki, bu barədə dekabrın 18-də Rada kanalı tərəfindən yayımlanan milli telemarafonda Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin danışıb. Onun sözlərinə görə, polis bölmələri və Feniks evakuasiya qrupunun xilasediciləri də daxil olmaqla, bir həftə ərzində 1 min nəfər şəhəri tərk edib.

“Bazar ertəsi gününə qədər biz bütün uşaqları Pokrovsk şəhərindən çıxara bildik, yəni keçən həftə 16 uşaq var idi, amma indi Pokrovsk şəhərində uşaq qalmayıb”, – Filaşkin deyib. O əlavə edib ki, hazırda Pokrovskaya icmasında daha 46 uşaq qalıb.

//Samir Qurbanov, Editor.az