Ukraynanın şərqindəki rus qoşunları yavaş-yavaş Pokrovska yaxınlaşır.
Editor.az “Bild”ə istinadən xəbər verir ki, onlar şəhərdən 13 kilometr aralıdadırlar. Nəşrin xatırladır ki, fevralda Avdeyevkanın tutulmasından sonra ruslar şimal-qərbə doğru irəliləməyə başlayıblar və bu istiqamətdə ən yaxın böyük şəhər Pokrovskdur.
Bu, Ukrayna Silahlı Qüvvələri üçün “həyat yolu”nun Çasovıy Yara açıldığı və digər qabaqcıl birləşmələrin də təchiz olunduğu mühüm logistika nöqtəsidir. “Bild”in açıq məlumatların təhlili üzrə eksperti Julian Röpkenin sözlərinə görə, əgər ilin əvvəlində rus qoşunları Pokrovskdan 38 km məsafədə dayanırdısa, indi daha iki yaşayış məntəqəsini alaraq şəhərə 13 km yaxınlaşıblar.
“Donetsk vilayətindəki Ukrayna cəbhəsi dağılmağa davam edir: Rusiya işğalçı qüvvələri [kənd] Jelannı və [kənd] Orlovkanı ələ keçirib və indi Pokrovskdan cəmi 13 km şərqdədir”, -“ Röpke” yazıb.
//Samir Qurbanov, Editor.az