Rusiya qoşunları Suriyada – əvvəlki yerlərindədir – Vasili Nebenzyabackend

Rusiya qoşunları Suriyada – əvvəlki yerlərindədir – Vasili Nebenzya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib ki, rusiyalı hərbçilər Suriyadakı mövqelərində qalırlar. O əlavə edib ki, Moskva Dəməşq və ölkənin keçid hökuməti ilə dialoq aparır.
“Bilirsiniz ki, bizim xüsusi nümayəndəmiz Suriyaya səfər edib.

Prezidentimiz keçid dövrünün lideri ilə danışıb. “Bizim ordumuz həmişə olduğu yerdədir”- Nebenzya bildirib..
Xatırladaq ki, ABŞ Suriyanın şimal-şərqindəki səkkiz Amerika əməliyyat bazasından üçünü bağlayır. Ümumilikdə 600 hərbçi ölkədən çıxarılacaq. 60 gün ərzində amerikalı komandirlər əlavə ixtisarların olub-olmamasını qiymətləndirəcəklər.

//Samir Qurbanov, Editor.az