Rusiya qoşunları Xarkovu vurdu: Mülki müəssisədə yanğın baş veribbackend

Rusiya qoşunları Xarkovu vurdu: Mülki müəssisədə yanğın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Rusiya qoşunları Xarkovda mülki müəssisəyə hücum edib.

Editor.az xəbər verir ki, bu barədə Xarkov şəhərinin meri İqor Terekov məlumat verib. “Yalnız bir deyil, bir neçə mülki müəssisəyə dəyən silahın növü müəyyən edilir.

Onun sözlərinə görə, zərbə yerində ən azı iki nəfər dağıntılar altındadır. Xilasedicilər onlara kömək etmək üçün hər şeyi edirlər. Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinequbov da hücum nəticəsində mülki istehsalata ziyan dəydiyini bildirib. Sonradan məlum olub ki, qurbanların sayı 11-ə çatıb. Onların arasında 16 yaşlı uşaq da var, – Sinequbov bildirib.

//Samir Qurbanov, Editor.az