Rusiya qoşunlarını Suriyadan çıxarır – Kraldan sensasion açıqlamabackend

Rusiya qoşunlarını Suriyadan çıxarır – Kraldan sensasion açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Londonda Stenford Universitetində çıxış edən İordaniya kralı II Abdullah deyib ki, İran Suriyada Rusiyanın buraxdığı boşluğu doldurur.

Bu da Rusiya qoşunlarının Suriyadan Ukraynaya köçürülməsi ilə bağlı yayılan xəbərlərin ilk rəsmi təsdiqi deməkdir.

“Biz hamının yeni, irəliləyən Yaxın Şərqin bir hissəsi olmasını istəyirik, lakin bu, asan proses deyil. Biz sərhəddə müntəzəm hücumlarla məşğul olmalıyıq və onların arxasında kimin dayandığını bilirik”, – deyə “Jerusalem Post” monarxdan sitat gətirib. Onun sözlərinə görə, Rusiyanın Suriyanın cənubunda mövcudluğu sabitləşdirici amil olub, lakin İranın gəlişi ilə vəziyyət daha da pisləşməyə başlayıb.

“Təəssüf ki, biz vəziyyətin gərginləşməsini müşahidə edə bilərik”, – deyə kral bildirib.

Milli.az