Rusiya qoşunlarını Ukraynadan çıxarırbackend

Rusiya qoşunlarını Ukraynadan çıxarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hərbçilərinin Kursk bölgəsinə hücumuna cavab olaraq Rusiya öz qoşunlarının bir hissəsini Ukraynadan çıxarır.

Editor.az bildirir ki, bu barədə “The Wall Street Journal” Amerika rəsmiləri arasında olan mənbələrə istinadən yazır. Qeyd olunur ki, bu hərəkətlər Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi reydinin Rusiya qüvvələrinin məcburi yenidən qruplaşmasına səbəb olduğunu göstərir. Nəşrin həmsöhbətləri ABŞ-ın hələ də Rusiyanın bu addımının əhəmiyyətini müəyyən etməyə çalışdığını qeyd edərək, Rusiyanın Ukrayna cəbhəsindən Kurska nə qədər qoşun köçürdüyünü dəqiqləşdirməyiblər.

Bu qiymətləndirmə Ukrayna rəsmilərinin Kursk vilayətində gözlənilməz əməliyyatın Rusiya qoşunlarını Ukraynadan yayındırması ilə bağlı bəyanatlarını təsdiqləyir.

//Samir Qurbanov, Editor.az