Rusiya Silahlı Qüvvələri Ukraynada pilotsuz uçuş aparatlarının (PUA) istehsal edildiyi obyektləri uzaqmənzilli yüksək dəqiqlikli raketlərlə vurub.
Editor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov keçirdiyi mətbuat konfransında məlumat verib. Konaşenkov bildirib ki, vurulan müdafiə sənayesi obyektlərində Rusiyaya qarşı “terror hücumları” həyata keçirmək üçün PUA-lar istehsal edilib: “Hücumlar öz məqsədlərinə çatıb. Kiyev rejiminin yaxın gələcəkdə Rusiya Federasiyasına qarşı terror hücumları təşkil etmək planları pozulub”.
Ukraynada əməliyyatların davam etdiyini deyən Konaşenkov sıradan çıxarılan hərbi texnika ilə bağlı statistika açıqlayıb: “İndiyə qədər Ukraynada 355 təyyarə, 199 helikopter, 2779 pilotsuz uçuş aparatı, 399 hava hücumundan müdafiə raket sistemi, 7350 tank və zirehli texnika, 957 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 3756 hauzer və haubitsa, 7 min 859 xüsusi hərbi maşın məhv edilib”.
//Samir Qurbanov, Editor.az

