ABŞ və Rusiyanın hərbi idarələri arasında birbaşa əlaqə xətti işləyir
Buna baxmayaraq Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov amerikalı həmkarları ilə telefonla əlaqə saxlamaqdan imtina edirlər.
Bu barədə Editor.az “Qolos Ameriki”yə istinadən məlumat verir.
Məsələ ilə bağlı Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, Rusiya tərəfi bu günə qədər iştirakdan imtina edib. Amerika tərəfi isə son bir ay ərzində Ukrayna ətrafında vəziyyəti müzakirə etmək üçün
həmkarları ilə danışıqlar aparmaq üçün dəfələrlə cəhdlər ediblər. Halbuki, ABŞ Müdafiə Nazirliyi hesab edir ki, ABŞ və Rusiya hərbi liderləri arasında qarşılıqlı əlaqə hazırda həyati əhəmiyyət kəsb edir.
Bundan əvvəl Pentaqon məlumat vermişdi ki, ABŞ və Rusiya hərbi departamentləri arasında Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar yaradılmış birbaşa əlaqə xətti işləyir və müntəzəm olaraq yoxlanılır.
Editor.az

