Rusiya rublun ilin sonuna kimi möhkəmlənəcəyini proqnozlaşdırıbbackend

Rusiya rublun ilin sonuna kimi möhkəmlənəcəyini proqnozlaşdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rublun məzənnəsi bu ilin sonuna doğru möhkəmlənə bilər və bu tendensiya 2024-cü ildə də davam edəcək.

Editor.az xəbər verir ki, bu proqnozu Parlament Gazetesinə Dövlət Dumasının maliyyə bazarları üzrə komitəsinin sədri Anatoli Aksakov verib. Parlamentarilərin fikrincə, buna Rusiya Federasiyası Mərkəzi Bankının balanslaşdırılmış pul siyasəti kömək edəcək. Aksakov qeyd edib ki, Rusiya iqtisadiyyatı stabilləşib, ölkə sanksiyalardan irəli gələn çətinlikləri böyük ölçüdə aradan qaldırıb, ümumi daxili məhsulu (ÜDM) artıb.

“Daxili iqtisadiyyatın struktur restrukturizasiyası Qərbin sanksiyalarından əvvəlkindən daha sürətlə gedir ki, bu da onun effektivliyini artırır. Bunlar qiymətli kağızlarda ifadə olunan aktivlərin dəyərini və cəlbediciliyini müəyyən edən əsas göstəricilərdir”, – deputat bildirib.

Şərq İqtisadi Forumunda Sberbank-ın prezidenti German Qref rublun dəyərdən düşdüyünü bəyan edib və bir dollar üçün 80-85 rubl kursunun əldə oluna biləcəyini bildirib.

//Gülnarə Abasova, Editor.az