Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus pilotsuz dəniz gəmisinin Qara dənizdə Rusiya gəmilərinə hücum etməyə cəhd etdiyini açıqlayıb
Editor.az xəbər verir ki, sözügedən vasitənin Qara dəniz Donanması tərəfindən məhv edildiyi açıqlanıb.
Nazirlikdən verilən yazılı açıqlamada hücumun bu gecə həyata keçirildiyi bildirilib və Ukrayna ordusunun Qara dənizdə Sevastopolun 237 kilometr cənub-qərbində patrulluq edən Rusiya hərbi gəmilərinə pilotsuz dəniz vasitəsi ilə hücum etməyə cəhd etdiyi bildirilib. Hücumun hədəfinə çatmadığına diqqət çəkilən açıqlamada, pilotsuz dəniz vasitəsinin Qara Dəniz Donanmasına aid Rusiyanın “Pıtliviy” və “Vasiliy Bikov” patrul gəmilərinin açdığı atəş nəticəsində məhv edildiyi qeyd edilib.
Hücum Rusiya Müdafiə Nazirliyinin sərhəddə Belqorod vilayətində Ukraynaya məxsus hücum pilotsuz təyyarəsini vurduğunu elan etməsindən sonra baş verib. Rəsmilər bu hadisənin heç bir dağıntı və ya insan itkisinə səbəb olmadığını bildiriblər.
//Gülnarə Abasova, Editor.az