Bir vaxtlar Türkiyə Müdafiə Nazirliyi tərəfindən alınan Rusiya “S-400” zenit-raket kompleksləri (SAM) ölkənin milli çoxsəviyyəli hava hücumundan müdafiə (havadan müdafiə) sistemində “Polad qübbə”yə daxil edilə bilər.
Editor.az bildirir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazıb. Türkiyənin hava hücumundan müdafiə sisteminin səmərəliliyinə görə, onun hətta İsrailin “Dəmir Qübbə”sini də üstələyəcəyi gözlənilir: “Mən bunu canlı orqanizm adlandırıram, bütün hava hücumundan müdafiə sistemləri, radarlar, rabitə sistemləri bu sistemlərlə məhdudlaşmayacaq – gələcəkdə biz raketdən müdafiə üçün kosmosa peyklər göndərəcəyik.
Bundan əlavə, gələcəkdə bu sistemə “S-400”-lər də daxil ola bilər, gələcəkdə onların sayı 300-dən çox olacaq”, – Müdafiə və Təhlükəsizlik Siyasəti üzrə Analitik Turan Oğuz deyib. Nəşr qeyd edir ki, “Polad qübbə” istənilən itki və xərcləri minimuma endirməklə ölkənin hava təhlükəsizliyini tam təmin edəcək.
//Samir Qurbanov, Editor.az