Rusiya sanksiyaların uzadılmasını nəzərdə tutan qanun layihəsinə veto qoyubbackend

Rusiya sanksiyaların uzadılmasını nəzərdə tutan qanun layihəsinə veto qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Birləşmiş Millətlər Təşkilatında (BMT) Maliyə qarşı sanksiya rejiminin daha bir il uzadılmasını nəzərdə tutan qətnamə layihəsinə veto qoyub.

Editor.az xarici mediaya istinadən bildirir ki, Fransa və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən təqdim edilən qanun layihəsində Maliyə qarşı aktivlərin dondurulması və səyahət məhdudiyyətlərindən ibarət sanksiyaların 31 avqust 2024-cü ilə qədər, Ekspertlər Şurasının rəsmilərinin isə 2023-cü il 30 sentyabra qədər uzadılması nəzərdə tutulurdu. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia qanun layihəsinin Mali və Rusiyanın narahatlıqlarına məhəl qoymadığını bildirib.

Onu da qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 2017-ci ildə Maliyə qarşı sanksiya rejimi tətbiq etməyə başlayıb.

//Safura Bənnayeva, Editor.az