Rusiya saxta referendumlarla Donetski və Luqanskı ilhaq edir?-AÇIQLAMAbackend

Rusiya saxta referendumlarla Donetski və Luqanskı ilhaq edir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) nümayəndəsi Maykl Karpenter Rusiyanın Ukraynanın şərqində işğal etdiyi rayonları saxta referendumlarla ilhaq etməyə hazırlaşdığını iddia edib.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Karpenterin sözlərinə görə Rusiya Donetsk və Luqansk Xalq Respublikalarını ilhaq etmək üçün mayın ortalarında referendumlar keçirəcək.

Qeyd edək ki, Ukraynaya hücumundan bir qədər əvvəl Rusiya lideri Putin rus separatçılarının yerləşdiyi Donetsk və Luqanskda iki bölgənin ayrı-ayrı “müstəqil ölkələr” kimi tanınması tələbini qəbul etdiyini açıqlamışdı.

//Gülnarə Abasova, Editor.az