Rusiyanın Vaşinqtondakı səfiri Antonov ABŞ administrasiyasının Ukrayna ordusuna Qərb istehsalı olan silahlarla Rusiyanın dərinliklərinə hücum etməyə icazə vermə ehtimalının nüvə müharibəsinə səbəb olduğunu bəyan edib və qeyd edib ki, Rusiya nüvə müharibəsinin qarşısını almaq üçün əlindən gələni etməlidir.
Editor.az xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiya televiziyasına verdiyi açıqlamada deyilir.
ABŞ-ın Ukrayna ordusunun Qərb istehsalı sistemlərlə Rusiya ərazisinə dərin hücuma keçməsinə icazə verməsi ehtimalına diqqət çəkib və deyib: “Bu, təkcə gərginliyi artıracaq böyük addım deyil, həm də ABŞ administrasiyasının nüvə müharibəsinə doğru açdığı yoldur”. Rusiyanın nüvə müharibəsinin qarşısını almaq üçün əlindən gələni etməli olduğunu deyən diplomat bu cür müharibələrdə qalibin olmadığını ifadə edərək sözlərinə davam edib: “Amerikalılar hər şeyin yalnız Avropa torpaqlarında, hətta Ukraynada nüvə münaqişəsi ilə bitəcəyini düşünmək istəsələr də, bu mümkün deyil. Bu vəziyyətə görə məsuliyyət ABŞ-dakı qərar qəbuletmə mərkəzlərinin üzərinə düşür”.
//Gülnarə Abasova, Editor.az

