Rusiya səfiri Antonov: ABŞ Kiyevə yeni silahlar verməklə müharibəyə doğru irəliləməkdə davam edirbackend

Rusiya səfiri Antonov: ABŞ Kiyevə yeni silahlar verməklə müharibəyə doğru irəliləməkdə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bəyan edib ki, ABŞ-ın Kiyev rejiminə yeni hərbi yardımı NATO sammiti öncəsi çökməkdə olan dünya nizamını müdafiə etməkdə inadkarlığını nümayiş etdirmək məqsədi daşıyır.

Editor.az xəbər verir ki, Antonov səfirliyin internet saytında dərc etdiyi yazılı açıqlamada ABŞ rəhbərliyinin Ukraynaya 2,5 milyard dollarlıq yeni hərbi yardım elanını bu sözlərlə qiymətləndirib.

“ABŞ administrasiyası müharibəyə doğru irəliləməkdə davam edir və Rusiya üzərində xəyali strateji qələbəyə nail olmaq arzusunu bəsləyir. Vladimir Putinin münaqişəni dayandırmaq və sülhə nail olmaq yolları ilə bağlı təklifləri rədd edilir. Burada siyasətçilər üçün vacib olan Vaşinqtonda keçiriləcək NATO Sammiti ərəfəsində Amerika qaydaları əsasında dağılan dünya nizamını müdafiə etmək əzmlərini nümayiş etdirməkdir. Bununla belə, onlar belə bir Pirr qələbəsinin dəyərini nəzərə almırlar”,- deyə Antonov bildirib.

O bildirib ki, Amerika Birləşmiş Ştatları ən böyük nüvə dövləti olan Rusiya ilə münaqişə astanasındadır. Sanki Vaşinqtonun uzaqgörən və təhlükəli siyasəti ucbatından gözlənilən fəlakətin qlobal nəticələrini düşünmürlər.

//Gülnarə Abasova, Editor.az