Rusiya səfiri Antonov: “Rusiya ABŞ-ın başlatdığı münaqişəyə cavabsız qalmayacaq”backend

Rusiya səfiri Antonov: “Rusiya ABŞ-ın başlatdığı münaqişəyə cavabsız qalmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ABŞ-ın tətbiq etdiyi münaqişəyə cavab verəcək.

Editor.az xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiya Günü münasibətilə səfirlikdə keçirilən tədbirdə bəyan edib.

“ABŞ rəhbərliyi növbəti sanksiya paketini açıqlayaraq Rusiya xalqını təbrik etdi. Biz özümüzü tərəfdaş kimi qəbul etdirmək niyyətində deyilik. Amerikalılar buna hazır olduqda Rusiya dürüst və bərabərhüquqlu dialoqa açıqdır. Buna baxmayaraq, üzərimizə qoyulan bu münaqişəyə layiqli və qətiyyətli cavab verəcəyik”, – deyə o bildirib.

“Amerika rəsmilərinin hələ də qlobal problemləri təkbaşına həll edə biləcəklərinə inandıqlarını” ifadə edən Antonov qeyd edib ki, bu arada terror, kütləvi qırğın silahlarının yayılması, kiber cinayətlər, epidemiyalar və bir çox başqa təhdidlər artmaqda davam edir. ABŞ Maliyyə Nazirliyinin elan etdiyi yeni antiRusiya sanksiyaları elm, müdafiə, maliyyə, enerji və hətta dövlət sektoru kimi sahələri əhatə edir.

Vaşinqton Rusiya ərazisində hər kəsə proqram təminatı və İT xidmətlərinin göstərilməsini qadağan edir. ABŞ həmçinin Sberbank və Vneştorqbank (VTB) daxil olmaqla, Rusiyanın maliyyə institutları ilə əməliyyatlara görə xarici bankları sanksiyalarla hədələyir.

//Gülnarə Abasova, Editor.az