Rusiya səfiri İranın Ukraynaya qarşı Rusiyanı dəstəkləməsi ilə bağlı iddiaları rədd edirbackend

Rusiya səfiri İranın Ukraynaya qarşı Rusiyanı dəstəkləməsi ilə bağlı iddiaları rədd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb ölkələrinin İranın Ukraynaya qarşı mübarizədə Rusiyanı dəstəkləməsi ilə bağlı açıqlamaları faktlarla üst-üstə düşmür. Editor.az xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfiri Aleksey Dedov RİA Novosti agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Qərb ölkələrinin İrana qarşı konkret “səbəb”lə tətbiq etdiyi sanksiyalar əsasən siyasi təsirə malikdir və İslam Respublikasının iqtisadi göstəricilərinə az təsir göstərir. Qərb ölkələri İranın Ukraynadakı hərbi əməliyyatlar üçün Rusiyaya pilotsuz uçuş aparatları tədarük etdiyini iddia edir. Moskva və Tehran bu cür ittihamları rədd edir.

Xatırladaq ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani dekabrın 22-də pilotsuz uçuş aparatlarının Rusiya tərəfinə təhvil verilməsi ilə bağlı iddiaların əsassız olduğunu bildirib və Tehranın münaqişənin heç bir tərəfinə PUA-lar vermədiyini bir daha təsdiqləyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İrandan döyüş təyyarələrinin alınması məsələsinin süni şəkildə ABŞ mediasına çatdırıldığını bildirib. Daha sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin müvafiq bəyanatlarının əsassız olduğunu bəyan edib.

//Gülnarə Abasova, Editor.az