Rusiya səfiri Şimali Koreya ilə münaqişənin ABŞ üçün nəticələri barədə xəbərdarlıq edibbackend

Rusiya səfiri Şimali Koreya ilə münaqişənin ABŞ üçün nəticələri barədə xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreyanın ABŞ-ın hücumlarına güclü cavab verə biləcəyini anlayan Vaşinqton Pxenyana qarşı hərəkətlərə ehtiyatla yanaşır.

Editor.az xəbər verir ki, bu barədə Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora TASS-a müsahibəsində bildirib.

Rusiyalı diplomat hazırda Yaxın Şərqdə baş verənləri, xüsusilə ABŞ silahlı qüvvələrinin Yəməndə husilərə zərbə endirdiyini xatırladıb. “Vaşinqtonun Şimali Koreyaya qarşı bu cür addımlar atmasına mane olan bir şey varsa, o, heç kimin kifayət qədər düşünməyəcəyi cavab hücumunun olacağının anlaşılmasıdır”, – Matseqora bildirib.

Səfirin sözlərinə görə, ABŞ və onun Yaxın Şərqdəki müttəfiqlərinə qarşı vuruşan husilər və digər qüvvələrin belə imkanları yoxdur. Rusiya səfiri həmçinin bəyan edib ki, Şimali Koreya silahlı münaqişə istəmir və hadisələrin bu cür gedişatına görə məsuliyyət tamamilə ABŞ-ın üzərinə düşür.

//Gülnarə Abasova, Editor.az