Rusiya səfirliyindən növbəti ermənipərəst açıqlamabackend

Rusiya səfirliyindən növbəti ermənipərəst açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya tərəfi 1997-ci il sazişində təsbit olunmuş prinsiplər əsasında Ermənistanla əməkdaşlığı davam etdirmək və inkişaf etdirməkdə qətiyyətlidir”. 

Bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin dostluq, əməkdaşlıq və qarşılıqlı yardım müqaviləsinin imzalanmasının 27-ci ildönümü ilə bağlı bəyanatında deyilir.

“Sənəd siyasi, iqtisadi, hərbi, elmi, mədəni və digər sahələrdə hərtərəfli əməkdaşlığın prinsiplərini müəyyən edib. Ölkələr Cənubi Qafqaz regionunda və bütün dünyada sabitliyin və təhlükəsizliyin yaxşılaşdırılması üçün birgə işləməyə söz veriblər”, – xəbərdə qeyd olunub.

Yenisabah.az