Rusiya səfirliyinin avtomobili Kabildə partladılıbbackend

Rusiya səfirliyinin avtomobili Kabildə partladılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Əfqanıstandakı səfirliyinin avtomobili Kabildə partladılıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova partlayışın əldəqayırma partlayıcı qurğu ilə törədildiyini bildirib.

M.Zaxarovanın sözlərinə görə, dekabrın 1-də Rusiya diplomatik nümayəndəliyinin avtomobili Kabildəki Rusiya səfirliyinin binası yaxınlığında hərəkət edərkən törədilin partlayış nəticəsində səfirliyin avtomobildəki işçiləri yüngül beyin sarsıntısı alıblar.

Hücumun hədəfinin diplomatik korpusa məxsus olan avtomobilin qarşısında hərəkət edən və içərisində Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin hərbçiləri olan avtomobil olduğu qeyd edilir.