Rusiya səhiyyə naziri: Peyvənd olunanların yalnız 2 faizi koronavirusa yoluxurbackend

Rusiya səhiyyə naziri: Peyvənd olunanların yalnız 2 faizi koronavirusa yoluxur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün COVİD-19 səbəbiylə xəstəxanaya yatanların əksəriyyəti peyvənd olunmayanlardır”.

Editor.az xəbər verir ki, bunu Rusiya Səhiyyə naziri Mixail Muraşko deyib.

O, Rusiyada COVİD-19 əleyhinə peyvənd edənlərin yalnız 2 faizinin bu xəstəliyə tutulduğunu açıqlayıb.

 Muraşko Rusiyada təxminən 40 milyon insanın hər iki dozada vaksin aldığını və tək doz alan insanların sayının 49 milyon olduğunu bildirib.

Qeyd edək ki, hal-hazırda Rusiyada Sputnik V, Sputnik Light, EpiVakKorona, EpiVakKorona-N və KoviVak adlı beş yerli peyvənd var.

//Gülnarə Abasova, Editor.az